6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Naxçıvanda orta aylıq əməkhaqqı 12% artaraq 532 manat olub

2020-ci ildə Naxçıvan Muxtar Respublikasında  bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 532 manata çatdırılıb.

Banker.az bu barədə Naxçıvan Statistika İdarəsinin  hesabatına istinadən məlumat verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 11.9% artıb.

2019-cu ildə isə Naxçıvan MR-da bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 475 manat təşkil edirdi.

Məlumat üçün bildirək ki, ölkə üzrə hazırda  orta aylıq əməkhaqqı  704 manatdır.

Son xəbərlər
Oxşar xəbərlər