2020-ci ildə Naxçıvan Muxtar Respublikasında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 532 manata çatdırılıb.
Banker.az bu barədə Naxçıvan Statistika İdarəsinin hesabatına istinadən məlumat verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 11.9% artıb.
2019-cu ildə isə Naxçıvan MR-da bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 475 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, ölkə üzrə hazırda orta aylıq əməkhaqqı 704 manatdır.