2022-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 593,4 manata çatdırılıb.
Banker.az bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.
Belə ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq əməkhaqqı 9,7 faiz çoxdur.