10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda orta aylıq əməkhaqqı artdı

2021-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 540.8 manat olub.

Banker.az xəbər verir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

2011-ci ildə isə bu göstərici 341.4 manat təşkil etmişdir. Hazırda bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği dövlət sektorunda 560,1 manat, qeyri-dövlət sektorunda isə 528,7 manat təşkil edir.

Bir işçiyə hesablanmış ən yüksək ortaaylıq əməkhaqqı göstəricisi dövlət idarəetməsi və icbari sosial təminat, maliyyə və sığorta fəaliyyəti, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınb.

Son xəbərlər
Digər xəbərlər