11 C
Baku
Monday, November 25, 2024

Naxçıvanda orta aylıq əməkhaqqı artıb 548 manat oldu

Naxçıvan Muxtar Respublikasında ötən ilin yanvar-noyabr aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 548.8 manat təşkil edib.

Banker.az bu barədə barədə Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3.2 % çoxdur.

Bildirilib ki, Ötən il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20.4 min nəfər və yaxud 1.2 % artaraq 1 milyon 704.9 min nəfər olub. Onlardan 905.7 min nəfəri iqtisadiyyatın dövlət, 799.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

 

Son xəbərlər
Digər xəbərlər