2 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda orta aylıq əməkhaqqı ötən il 10% artıb

2019-cu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq əməkhaqqının məbləği 475 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricidən 10,5% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə,  muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

2019-cu ildə muxtar respublikada 3250 yeni iş yeri yaradılıb ki, bu da 2018-ci ilin göstəricisindən 15% çoxdur.

©APA

Son xəbərlər
Digər xəbərlər