6 C
Baku
Monday, December 16, 2024

Naxçıvanda ötən il dövlət satınalmalarında büdcə vəsaitlərinə 16% qənaət edilib

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları həyata keçirilərkən 9.5 milyon manata və yaxud dövlət büdcəsindən ayrılmış vəsaitin 16%-nə qənaət edilib.

Bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, qənaətin 92.5%-i açıq tender üsulu ilə, 0.03%-i təkliflər sorğusu üsulu ilə, 7.47%-i isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər