11 C
Baku
Monday, November 25, 2024

Naxçıvanda ötən il ümumi daxili məhsul istehsalı 80 dəfədən çox artıb

Naxçıvan Muxtar Respublikasında (NMR) 2022-ci ildə ümumi daxili məhsul istehsalı 1994-cü illə müqayisədə 80.2 dəfə, sənaye məhsulunun həcmi 467.3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25.8 dəfə artıb. Sənaye müəssisələrinin sayı 400-ü ötüb, 300-dən çox məhsul istehsalına nail olunub.

NMR İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Naxçıvanda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu yaradılıb. Fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Güzəştli kreditlərdən daha səmərəli istifadə edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Ümumilikdə, 2000-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1799 layihə üzrə 183 milyon 535 min manat, o cümlədən 2022-ci ildə 141 layihə üzrə 7 milyon 184 min 600 manat həcmində güzəştli kredit verilib. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər