-3 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 648.3 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.

Bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

“Yanvar-mart aylarında muxtar respublikada 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib”, – deyə məlumatda qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər