2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 2,8 milyon manata yaxın olub.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 23,5% çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 220 dövlət əmlakını özəlləşdirib ki, bu da 1 il əvvələ nisbətən 39,2% çoxdur.