Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradılıb.
Bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, 2023-2024-cü ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2023-ci il noyabr ayının 15-dən mövsümün sonuna qədər saat 18:00-dan 00:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcək.
“Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətində yaradılmış qərargaha məlumat versinlər. Qərargahın əlaqə telefonu: 545-01-71”, – məlumatda bildirilib.