18 C
Baku
Sunday, April 28, 2024

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə artdı

2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1.938 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Banker.az xəbər verir ki, bunların 87.6 faizi fiziki, 12.4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2.2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.

Cari ilin birinci rübündə kommersiya qurumlarının 52 faizi elektron qaydada, 48 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər