12 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə artıb

2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 6 263 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bunların 90.7%-i fiziki, 9.3%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

2022-ci illə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1.8 dəfə, hüquqi şəxslərin sayı isə 8.5 dəfə artıb.

2023-cü il ərzində kommersiya qurumlarının 66%-i elektron qaydada, 34%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər