8 C
Baku
Wednesday, November 6, 2024

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfədən çox artıb

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2.457 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bunların 87.7%-i fiziki, 12.3%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2.2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.

Cari ilin yanvar-may aylarında kommersiya qurumlarının 50 faizi elektron qaydada, 50 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər