8 C
Baku
Wednesday, November 6, 2024

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfədən çox artıb

Bu ilin I yarısında Naxçıvan MR-da 2 936 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur.

Qeydiyyata alınmış vergi ödəyicilərinin 88.3 %-i fiziki, 11.7 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.

6 ay ərzində kommersiya qurumlarının 55.4 %-i elektron qaydada, 44.6 %-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş obyektlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 dəfə artaraq 1 353 vahid olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər