13 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5 521 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Bildirilib ki, bunların 90.5%-i fiziki, 9.5%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1.9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1.7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb.

Yanvar-noyabr aylarında kommersiya qurumlarının 66%-i elektron qaydada, 34%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər