2 C
Baku
Saturday, December 14, 2024

Naxçıvanda qeydiyyata alınmış yeni vergi ödəyicilərinin sayı 2 dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da 3 540 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, bunun 89.4 %-i fiziki, 10.6 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2.2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.

7 ay ərzində kommersiya qurumlarının 60.5 %-i elektron qaydada, 39.5 %-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər