31 C
Baku
Saturday, July 13, 2024

Naxçıvanda qeydiyyatda olan sahibkarlar üzrə vergi daxilolmaları 42% artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 42% çox olub.

Bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

O, həmçinin xatırladıb ki, 9 ay ərzində bölgədə ümumi vergi daxilolmaları isə 1 il əvvələ nisbətən 35% artıb və 120.6 milyon manat təşkil edib.

“Dövlətin maliyyə resurslarından qənaətlə istifadə olunmasının, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının genişləndirilməsi daim diqqətdə saxlanılıb. Bu ilin ötən dövrü ərzində 11 halda təkliflər sorğusunda istifadəyə razılıq verilib, 283 kotirovka sorğusunun və 96 açıq tenderin yekun protokollarına qanunvericiliyə müvafiq olaraq baxılıb və İqtisadiyyat Nazirliyində qeydiyyata alınıb”, – deyə nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər