Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 114 milyon 128 min 600 manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 9,2% azdır.
Sənaye məhsulunun 89 milyon 165 min 800 manatı və ya 78,1%-i malların, 24 milyon 962 min 800 manatı və ya 21,9%-i isə xidmətlərin payına düşüb.
Bildirilib ki, sənaye məhsulunun 0,2%-i mədənçıxarma, 74,6%-i emal, 23%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.