Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Bundan sonra Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.