2022-ci ilin ilk yarımilində Naxçıvan Muxtar Respublikasında sahibkarlara 24 milyon 344 min 900 manat kredit verilib.
Banker.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, verilmiş kreditin 11 milyon 14 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 13 milyon 330 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.
Komitədən bildirilir ki, bu dövrdə 6 hüquqi və 1 414 fiziki şəxs qeydiyyata alınıb.