23 C
Baku
Saturday, June 7, 2025

Naxçıvanda sığorta yığımları 8 % azalıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 5 sığorta şirkətinin xətti ilə 4,389 milyon manat sığorta haqqı toplanıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,1 % azdır.

Hesabat dövründə Naxçıvanda həyata keçirilən sığorta ödənişlərinin həcmi 22,4 % artaraq 360 min manata çatıb.

Təkcə aprel ayında isə muxtar respublikada 821 min manat sığorta haqqı toplanıb, əvəzində 176 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 19 % az və 57,7 % çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər