1 sentyabr 2021-ci il tarixə Naxçıvanın banklarında açılmış bank hesablarının sayı 96 534-ə çatıb ki, ötən ayla müqayisədə bank hesablarının sayı 497 ədəd artıb.
Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bunun da 83 316-sı və ya 86.3 faizi aktiv hesablardır.
2021-ci ilin yanvar-avqust aylarında açılmış 29 250 bank hesabının 29212-si aktiv hesablar olmuşdur. Naxçıvanda quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2021-ci il tarixə 1481-ə çatdırılmışdır ki, ötən ayla müqayisədə 6 POS-terminal ləğv edilib.