2022-ci ilin 1 aprel tarixinə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 196 087-yə çatmışdır ki, bunun da 191 501-i və ya 97.7 faizi aktiv hesablardır.
Banker.az Naxçıvan Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, Cari ilin ilk rübündə açılmış 14009 bank hesabının 14002-si aktiv hesablar olmuşdur
1 aprel 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1548-ə çatdırılmışdır.
Cari ilin yanvar-mart aylarında aparılmış nağdsız ödənişlər 38 milyon 924 min 721 manat təşkil etmişdir ki, bu da bir il öncəki göstəricidən 37.3 faiz çoxdur.