9 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda sosial sığorta daxilolmaları 11% artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 106,7 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.

9 aylıq daxilolmalarının 31,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 16,2 % çoxdur.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 16,2 % artaraq 2,8 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 4 % artaraq 17,8 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər