25 C
Baku
Monday, April 29, 2024

Naxçıvanda sosial sığorta daxilolmaları 12 % artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86.6 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12.1 % çoxdur.

7 aylıq daxilolmalarının 24.5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 17.2 % çoxdur.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 17.9 % artaraq 2.3 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8.3 % artaraq 14 milyon manat olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər