Naxçıvanda Sosial Xidmətlər Agentliyinə sədr təyin olunub

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Naib Fəxrəddin oğlu Əlizadə agentliyin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Naib Əlizadə bu təyinata qədər Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb, həmçinin sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər