13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Naxçıvanda sürətli poçt xidmətinin göstərilməsi şərtləri müəyyən edilib

faizlere

Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlər müəyyən edilib.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Aparatında sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlərin yerinə yetirilməsini müəyyən edən komissiya yaradılıb. Artıq nazirliyə sürətli poçt xidmətlərinin göstərilməsi ilə bağlı müraciətlər daxil olmağa başlanılıb.

Sənədlərə komissiyada baxılan və müvafiq araşdırma aparıldıqdan sonra komissiyanın qərarına əsasən, “Sürət Kargo” MMC-yə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilməsinə dair qərar qəbul edilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada sürətli poçt xidmətlərinin daha təkmil formada göstərilməsinə və inkişafına öz töhfəsini verəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər