14 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanda tərkibində bakteriyalar aşkar olunan 19 mindən çox dondurma satışdan çıxarılıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir neçə dondurma məhsulu partiyasında “enterobacteriaceae” bakteriyalarının aşkarlanması ilə əlaqədar həmin dondurmaların satışdan geri çağırılması barədə ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edib.

Məhsulların geri çağırılması ilə bağlı topdansatış şirkətlər tərəfindən agentliyə yazılı müraciət daxil olub və 9 min 240 ədəd “Qoşa qapı” əmtəə nişanlı vanilli Eskimo, 7 min 440 ədəd “İçərişəhər” əmtəə nişanlı vanilli plombir və 2 min 880 ədəd “Yolka” əmtəə nişanlı qaymaqlı dondurma məhsulları olmaqla, ümumilikdə, 19 min 560 ədəd məhsulun məhv edilməsi barədə müvafiq qərar qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər