10 C
Baku
Friday, December 13, 2024

Naxçıvanda ÜDM istehsalı 2.7% artıb

Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin yanvar-noyabr aylarında 2 milyard 743 milyon 538 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2.7% çoxdur.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.8% artaraq 5 911.5 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-noyabr aylarında 1 milyard 26 milyon 196 min 200 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.3% çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər