9 C
Baku
Monday, November 18, 2024

Naxçıvanda vergi daxilolmaları 32% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 141,3 milyon manat vergi daxil olub.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 milyon manat və yaxud 32,3% çoxdur.

8 ay ərzində Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 120,8% icra edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər