12 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanda vergi daxilolmaları 33% artıb

2023-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 134.3 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33% və ya 32.9 milyon manat çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% və ya 36.8 milyon manat artıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər