27 C
Baku
Sunday, April 28, 2024

Naxçıvanda vergi daxilolmaları 35 faiz artıb

Bu ilin ilk iki ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 30,2 milyon manat vergi daxil olub.

Xidmətdən  bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 34,9 faiz və ya 7,8 milyon manat çoxdur. Həmçinin muxtar respublikada qeydiyyatda olan vergiödəyiciləri üzrə vergi daxilolmaları da ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz və ya 7,7 milyon manat artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər