2023-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 75.9 milyon manatdan artıq vergi daxil olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 20 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin iyun ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 20.8% və ya 2.2 milyon manat artıb