13 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanda vergi daxilolmaları 38% artıb

2023-cü ilin 7 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 90,7 milyon manatdan artıq vergi daxil olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz və ya 25 milyon manat çoxdur.

Qeyd edək ki, artımın səbəbi bu sahədə şəffaflığın təmin edilməsi ilə yanaşı, Naxçıvanda qeydiyyatda olan vergi ödəyicilərinin də sayının çoxalmasıdır. Belə ki, ötən illə müqayisədə vergi ödəyicilərinin sayı 46,4 faiz artıb. Hazırda bu rəqəm 89 minə yaxındır.

Son xəbərlər
Digər xəbərlər