9 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda vergi güzəştlərinin tətbiqi ilə bağlı qanun layihəsi hazırlanıb

Naxçıvanda işğaldan azad edilmiş ərazilərdəki kimi vergi güzəştlərinin tətbiqi ilə bağlı qanun layihəsi hökumətə təqdim edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq, onun nəticələri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, sənəd gəlir və mənfəət vergisi ilə bağlı, eləcə də idxal, infrastrukturun qurulmasına dair ƏDV güzəştlərini nəzərdə tutur: “Qanun layihəsi həmkar dövlət orqanları ilə razılaşdırılıb, bu zaman Naxçıvan sahibkarlarının və rəhbərliyinin təklifləri də nəzərə alınıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər