Bu ilin aprel-iyun aylarında Naxçıvan Muxtar Respublikasında keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0.8%-ini təşkil edib.
Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov Nazirliyin bu ilin 6 ayı ərzində gördüyü işlərə dair hesabatını açıqlayarkən deyib.
Onun sözlərinə görə, 2022-ci illə müqayisədə 2023-cü ildə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb.