14 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanda vergi ödəyicilərinin sayı 21% artıb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 3 567 yeni vergi ödəyicisi qeydiyyata alınıb və iyulun 1-nə vergi ödəyicilərinin sayı illik müqayisədə 20,6 % çox olub.

Bu barədə İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, yeni vergi ödəyicilərinin 3 404-ü fiziki şəxslər, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Yanvar-iyun aylarında yeni qeydiyyatdan keçmiş 163 hüquqi şəxsin 100-ü və yaxud 61 %-i elektron qaydada uçota alınıb.

Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, bölgədə aktiv vergi ödəyicilərinin sayı kəskin artıb. Belə ki, iyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 48,3 % artaraq 18.841, ƏDV ödəyicilərinin sayı 66,2 % artaraq 630, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 29,9 % artaraq 6 538 olub.

Son xəbərlər
Digər xəbərlər