9 C
Baku
Friday, December 13, 2024

Naxçıvanda Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Fərman imzalayıb.

Fərmanla Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər