6 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda verilən kreditlərin həcmi 20%-dən çox artıb

2022-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 252 milyon 442 min 500 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 21.5% çoxdur.

Banker.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Verilmiş kreditlərin 20 milyon 279 min 400 manatı və yaxud 8%-i qısamüddətli, 232 milyon 163 min 100 manatı və yaxud 92%-i uzunmüddətli kreditlər olub.

 

Son xəbərlər
Digər xəbərlər