11 C
Baku
Monday, November 25, 2024

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında Nazirlər Kabineti tərəfindən 2023-cü il 27 noyabr tarixində Qərar qəbul edilib.

Qərara əsasən “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublika ərazisində yaşıllaşdırma sahəsində xidmətlər göstərəcək, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, infrastrukturun inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirəcək.

Son xəbərlər
Digər xəbərlər