25 C
Baku
Friday, April 19, 2024

Naxçıvanda yeni açılmış bank hesablarının sayı 30% artıb

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Naxçıvanda 31 462 bank hesabı açılıb ki, bunun da 31 453-ü aktiv hesablardır.

Banker.az Yerli Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, son 1 ildə muxtar respublikada açılmış bank hesablarının sayı 7 300 vahid və ya 30.2% çoxdur.

Noyabrın 1-nə isə Naxçıvanda bank hesablarının sayı 91 075-ə çatıb ki, bunun da 79 458 si aktiv hesablardır.

Son 1 ildə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə 119 ədəd artaraq bu il noyabrın 1-nə 1 397 olub.

Son xəbərlər
Digər xəbərlər