Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-da 18 163 bank hesabı açılıb ki, bunun da 17 995-i aktiv hesablardır.
Report agentliyi bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə muxtar respublikada açılmış bank hesablarının sayı 6 335 vahid və yaxud 53,6% artıb.
Sentyabrın 1-nə isə Naxçıvanda bank hesablarının sayı 82 781-ə çatıb ki, bunun da 73 167-si aktiv hesablardır.
Son 1 ildə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə 6 ədəd və yaxud 0,5% artaraq bu il sentyabrın 1-nə 1 276 olub.