23 C
Baku
Sunday, July 21, 2024

Naxçıvanda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 83 milyon manatdan çox olub

1 iyul 2023-cü il tarixinə Naxçıvan Muxtar Respublikasında 1.826 obyektdə 1884 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

Cari ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 83.2 milyon manatdan çox, təkcə iyun ayında isə ilin əvvəli ilə müqayisədə 3.7 dəfə çox olub.

Qeyd edək ki, Muxtar Respublikada “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı iyulun 1-nə 87-yə çatıb. Layihə çərçivəsində cari ilin 6 ayında istehlakçılara 290.1 min manatdan çox, iyun ayında isə 66.9 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə iyun ayında istehlakçılara qaytarılan məbləğ 3.2 dəfə artıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər