Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatları (NKA) ilə qeydə alınan dövriyyə 226,2 milyon manat təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 124,9 milyon manat və ya 2,2 dəfə çoxdur.
Bu il avqustun 1-də qədər bölgədə 3 678 ədəd yeni nəsil NKA quraşdırılıb.
İndiyə qədər Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bu ilin 7 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə artaraq 800,9 min manat olub.