17 C
Baku
Thursday, May 2, 2024

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 dəfə artıb

1 fevral 2024-cü il tarixədək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 2.940 ədəd olub.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, cari ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28,6 milyon manatdan artıq olub ki, bu da 2023-ci ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat və ya 5,1 dəfə çoxdur.

1 fevral 2024-cü il tarixə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 987,6 min manatdan çox, təkcə yanvar ayında isə 130,4 min manat ƏDV məbləği geri qaytarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında istehlakçılara qaytarılan məbləğ 6,2 dəfə artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər