Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə yeni vəzifələr təsis edilib.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, təsis edilən vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilib.
Qanun layihəsi plenar iclasa tövsiyə olunub.