16 C
Baku
Thursday, October 17, 2024

Naxçıvanda yeni yaradılan 2 şirkət ləğv edildi

“Naxpropert-4” MMC və “Naxproperty-S1” MMC ləğv olunur.

Banker.az xəbər verir ki, “Naxpropert-4” MMC-nin kreditorları iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Heydər Əliyev rayonu, ev 19 ünvanına bildirə bilərlər.

“Naxproperty-S1” MMC-nin kreditorları isə iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Naxçıvan rayonu, Heydər Əliyev küçəsi, ev 34, mənzil 5 ünvanına bildirə bilərlər.

“Naxproperty-S1” MMC bu ilin mart ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 156 100 manatdır və qanuni təmsilçisi Şəfa Tağıyeva Nağı qızı, “Naxpropert-4” MMC isə 2023-cü ilin mart ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 916 000 manatdır və qanuni təmsilçisi Vaqif Əliyev Əli oğludur.

 

Son xəbərlər
Digər xəbərlər