13 C
Baku
Tuesday, November 5, 2024

Naxçıvandakı filiz və qeyri-filiz yataqlarının 30-nun texniki qiymətləndirilməsi tamamlanıb

Naxçıvandakı filiz və qeyri-filiz yataqlarının 30-nun texniki qiymətləndirilməsi tamamlanıb

Bunu Naxçıvan Şəhər İcra Hakimiyyətində mədənçilik və enerji sektorunda çalışan türkiyəli sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri­nin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev muxtar respublikanın mədən ehtiyatları haqqında məlumat verərkən bildirib.

Qeyd olunub ki, Naxçıvan zəngin təbii ehtiyatlara malikdir. Bunlardan filiz və qeyri-filiz yataqları investisiyalar üçün cəlbedicidir. Ümumilikdə, 66 yataqdan 11-nin filiz, 55-nin isə qeyri-filiz yataqları olduğunu bildirən Xanlar Mustafayev, bu yataqların 30-nun texniki qiymətləndirilməsinin tamamlandığını bildirib.
Son xəbərlər
Digər xəbərlər