Bu il yanvarın 1-nə Naxçıvan MR-da yeni nəsil nəzarət kassa aparatlarının sayı 73 ədəd olduğu halda, bu ilin 3 ayında 19 dəfədən çox artaraq 1 415 ədəd təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, əgər ötən ilin sonuna obyektlərin 3.8 %-də yeni kassa aparatları quraşdırılmışdısa, martın sonuna bu nisbət 70.2 % təşkil edib.
Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.